Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib

UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib

 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)  nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyalarına səfər və UFAZ-ın gələcək superkompüterinin təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez, şirkət rəhbərləri, ali məktəbin ümayəndələri və digər qonaqlar iştirak edib.

Qonaqlar əvvəlcə UFAZ-ın Kimya mühəndisliyi, Üzvi kimya və Fizika laboratoriyaları ilə tanış olublar. Sonra elmi ekspert, professor Pyer Kole UFAZ -ın gələcək Superkompüter proqramlarının təqdimatı ilə çıxış edib.

Strasburq Universitetinin doktorantı Ülviyə Əbdülkərimova (UFAZ-ın riyaziyyat müəllimi) tərəfindən Superkompüter hesablama gücündən istifadə haqqında tədqiqat işinin qısa təqdimatını edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

ADNSU İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

20 2019 11:09 - TƏHSİL
TƏHSİL
17 Sentyabr 2019 | 12:12
Yeni dərs ili başlandı

Köhnə versiyamızdan xəbərləri izlə