Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Budapeştdə Nəsiminin 650 illik yubileyi keçiriləcək

Budapeştdə Nəsiminin 650 illik yubileyi keçiriləcək

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 ­illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeşt şəhərində ədəbi-musiqili tədbir keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 22-dən 25-dək Macarıstana səfər edəcək.
Rəsmi şəxslərin, Azərbaycan və Türkiyədən dəvət olunacaq nəsimişünas alimlərin, macar türkoloqların çıxış edəcəyi tədbirdə Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulmuşdur.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində əməkdaşlıq proqramı”nın imzalanması, eyni zamanda, Macarıstan Milli Kitabxanasında qədim Şərq əlyazmaları fondu ilə tanışlıq planlaşdırılmışdır.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

 

 

19 2019 21:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə