Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC alimlərinin dünya elminə töhfəsi

UNEC alimlərinin dünya elminə töhfəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimlərinin “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma (“World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))” kitabı dünyanın tanınmış nəşriyyat evi və Elmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri (SENSE) sahəsində resenziyalı, yüksək kateqoriyalı “Springer” nəşriyyatı tərəfindən çap edilib. 

Kitabın müəllifləri UNEC-in rektoru, professor Ədalət Muradov, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevdir. Elmi redaktorları Harvard Biznes Məktəbinin professoru və Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzinin (Beyin Mərkəzi) direktoru, professor Ravi Abdelal və  Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, elmi rəyçiləri isə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nin İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nin müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.
Kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağırışlar fonunda mühüm strateji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amillər, 2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik baxımdan əsaslandırılmış proqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) modelləri qurulub.

Elnarə Ömərova

19 2019 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə