Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın xidməti binasının tikintisi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Gəncə şəhərində “Əmlak Xidmətləri Məkanı”nın xidməti binasının tikintisi işlərinin satın alınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tenderdə tikiniti xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 500 (beş yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 3 nömrəli (3 saylı Gəncə Ərazi İdarəsi, telefon- +99412 585-25-61) ünvandan ala bilərlər. 
Emitent
Bankın adı
“Kapital Bank” ASC-nin Gəncə filialı
Kod- 200275
VÖEN Bank- 9900003611
Mh- AZ37NABZ01350100000000001944
S.W.I.F.T. Bik- AİİBAZ2X
Alan
AR ƏMDKY DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi
Hh- AZ73AIIB33010019442701997127
VÖEN- 2300338141
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 % həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
-iddiaçının son üç ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
-iddiaçının son üç ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
-iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri:
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər və digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində əsli və surəti yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 5 ay müddətinə icra olunmalıdır. 
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçının bu sahədəki iş təcrübəsi;
- iddiaçının görüləcək işlərin təşkilinə dair təklifləri;
- görüləcək işlərin dəyəri.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (maliyyə təklifi və təklifin bank təminatı istisna olmaqla) 22 may 2019-cu il saat 18.00-dək, tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənib imzalanmış ikiqat zərflərdə 3 iyun 2019-cu il saat 18.00-dək Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 3 (əlaqələndirici şəxs – Elxan Cəfərova) ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların tender təklifləri 4 iyun 2019-cu il saat 14.00-da Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 3 nömrəli ünvanda 3 saylı Gəncə Ərazi İdarəsinin inzibati binasında (iclas zalı) açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdim olunma ardıcıllığına uyğun açılacaq və təkliflər elan ediləcəkdir.

Tender komissiyası

20 2019 11:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2019 | 11:21
BİLDİRIŞ

Köhnə versiyamızdan xəbərləri izlə