Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan Qərb mətbuatını ikili standartlara görə tənqid edib

R.T.Ərdoğan Qərb mətbuatını ikili standartlara görə tənqid edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyada nəşr olunan populyar “The Financial Times” qəzetini, bütövlükdə Qərb mətbuatını terrorizmlə mübarizə və qaçqın problemi mövzularının işıqlandırılmasında ikili standartlara yol verməkdə günahlandırıb. Bu barədə “Anadolu” agentliyi xəbər yayıb. 
Dövlət başçısı bildirib ki, rəsmi Ankara sözügedən problemlərə münasibətdə ikili standartlara yol verildiyi barədə məsələni gündəmə gətirdikcə, Qərb mediasının daha da artan təzyiqlərinə məruz qalır. 
Prezident deyib ki, yaxşı olar ki, Britaniya nəşri hazırda dörd milyon qaçqına sığınacaq verən Türkiyəni ən müxtəlif bəhanələrlə tənqid etməzdən əvvəl bu suallara cavab versin: Böyük Britaniyada hazırda nə qədər qaçqın var? Nə üçün “The Financial Times” qəzeti bu mövzuda materiallar dərc etmir? 
Türkiyə lideri vurğulayıb ki, həqiqi jurnalistika gündəmə gətirilən mövzunu hərtərəfli analiz etməli və proseslərə obyektiv yanaşmalıdır. Antitürk əhval-ruhiyyəli şəxslərin səhih olmayan məlumatlarını dərc edərkən qarşı tərəfin mövqeyini bilmək lazımdır. Türkiyə hökuməti belə qərəzli yanaşma ilə heç cür razılaşa bilməz. 
R.T.Ərdoğan sonda deyib ki, Qərb mətbuatında ayrı-ayrı nəşrlərin səhifələrinə çıxarılan səs-küylü sərlövhə və başlıqlara baxmayaraq, Türkiyə dövləti öz inkişaf yolunu qətiyyətlə davam etdirir. 

M.HACIXANLI, “Xalq qəzeti” 

19 2019 21:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə