Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Prezidenti gələn ay Yaponiyaya səfər edəcək

ABŞ Prezidenti gələn ay Yaponiyaya səfər edəcək

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp mayın 26-dan 28-dək Yaponiyaya səfər edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına istinadən yazır ki, səfər çərçivəsində ABŞ Prezidenti ilk dəfə yeni İmperator və xanımı ilə görüşəcək. D.Trampın mayın 1-də taxta çıxacaq yeni İmperator Naruhito ilə görüşən ilk xarici ölkə lideri olacağı qeyd edilir.
Qeyd edilir ABŞ Prezidentinin səfər çərçivəsində Yaponiyanın Baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq. İki ölkə liderlərinin rəsmi görüşü ilə yanaşı, sumo turnirini ziyarət edəcəyi və qolf oynayacağı da bildirilir.
Xatırladaq ki, D.Tramp ABŞ lideri kimi Yaponiyaya son dəfə 2017-ci ilin noyabrında səfər edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə