Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Liviya qaçqınlarını Nigerdə yerləşdirir

Ancaq başqa ölkələrin yardımına da ehtiyac duyulur

BMT Liviya qaçqınlarını Nigerdə yerləşdirir

BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı Liviya qaşqınlarını ölkənin münaqişə zonasından çıxarmağa və qonşu Nigerdə yerləşdirməyə başlayıb. Bu barədə TASS məlumat yayıb. 
“Liviya paytaxtı ətrafında döyüşlər başlayandan bəri artıq Nigerə 163 qaçqın evakuasiya edilib”, -- deyə ali komissarlığın bəyanatında bildirilir. Bundan əlavə, döyüşlərin davam etdiyi yerlərin yaxınlığında 3 mindən artıq qaçqın və miqrant qalmaqdadır.
“Nigerin qaçqınları qəbul etməsi təqdirəlayiqdir, ancaq ölkə bu işi tək görə bilməz. Kollektiv məsuliyyət olmalıdır. Bizə lazımdır ki, digər ölkələr də çağırışımıza səs versin, köməyə gəlsin və müdafiəsiz qaçqınların Liviyadan təhlükəsiz yerlərə köçürülməsinə yardım etsinlər”, -- deyə BMT-nin Qaçqınıların İşləri üzrə ali komissarı Filippo Qrandi bəyan edib. 
Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Həftər paytaxt Tripolini “terrorçulardan azad etmək üçün” şəhər üzərinə hücuma başlayıb. Tripolidəki Milli Etimad Hökumətinə sadiq hərbi qüvvələr isə Həftər ordusuna qarşı “Nifrət vulkanı” əməliyyatının başlandığını elan edib.
Eyni zamanda, Liviyanın hərbi prokurorluğu bir neçə gündür ki, Xəlifə Həftərin və Tripoliyə hücumda iştirak edən bir sıra yüksək rütbəli hərbçilərin həbsi üçün order verib. Bu barədə Milli Etimad Hökumətindən məlumat verilib. Məlumata Həftər və onun 6 silahdaşının adlarının əks olunduğu orderlərin surəti də əlavə edilib. 
Hərbi Prokurorluq Milli Etimad Hökumətinin rəhbərliyi altında fəaliyyət göstərir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 2019 21:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə