Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində olub

Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində olub

Almaniyanın  Siegen Universitetinin müəllim və tələbə heyəti Azərbaycanda kiçik və orta sahibkarlıq mövzusunun araşdırılması məqsədilə “Ulduz” Şokolad Fabrikinə səfər edib. Fabrikdə baş tutan görüşün məqsədi  Azərbaycan Dövlət İqtisad Universiteti ilə Siegen Universiteti arasında  tələbə və təhsil təcrübəsinin  mübadiləsini nəzərdə tutan “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” (EE-KEY-AZ Entrepreneurship Education: a Key to Job Creation and Employability in Azerbaijan) layihəsinə dəstək göstərmək olub.

“Ulduz” Şokolad Fabrikinin İctimaiyyətlə Əlaqələr bölməsinin müdiri Afaq İbrahimova tədbiri açaraq qonaqlara və İqtisad Universitetinin nümayəndələrinə sözügedən mövzunun araşdırılması üçün məhz “Ulduz” Şokolad Fabrikini seçdiklərinə görə təşəkkürünü bildirib. Fabrikin tarixi, müəssisədə istehsal olunan məhsullar, texnoloji proseslər haqqında qonaqlara ətraflı məlumat verildikdən sonra onlar istehsalat prosesi ilə yaxından tanış olublar.

 Siegen Universitetinin Ailə Biznesi və Sahibkarlıq Kafedrasının müdiri Petra Mug və ADİU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra edən Afət Ələkbərova fabrikin rəhbərliyinə təmsil etdiyi qurum və tələbələr adından təşəkkürlərini bildirib, tədbirinin yüksək səviyyədə təşkilinə görə, xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Sonda qonaqlarla birlikdə xatirə şəkli çəkdirilib, onlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Ulduz Şokolad Fabrikində “Açıq qapı” siyasəti həyata keçirilir və maraqlanan hər kəs, fərdi və ya qrup şəklində fabrikə səfər edə, istehsalat prosesini yaxından izləyə bilər.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

19 2019 21:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Avqust 2019 | 18:02
Yanğın hadisəsi baş verib
20 Avqust 2019 | 18:01
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə