Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli rektor ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə tanış olub

Türkiyəli rektor ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə tanış olub

   Azərbaycan Tibb Universitetinin qonağı olan İstanbul Cərrahpaşa Universitetinin rektoru, professor Aydın Nuri bu gün universitetin rezident, dissertant və doktorantları ilə görüşüb.

    ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilən görüşdə rektor Aydın Nuri elmi işlərin yazılması, elmi işlərin hazırlanma qaydaları haqqında mühazirə oxuyub. Sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

    Professor Aydın Nuri həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə görüşüb, klinikanın bölmələrini gəzib, burada tələbələr və xəstələr üçün yaradılan şəraitlə tanış olub. Klinikanın direktoru professor Surxay Hadıyev Cərrahpaşa Universitetinin nümayəndələrinə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Tədris Cərrahiyyə Klinikasında diaqnostik və cərrahi istiqamətdə 20 şöbə və 18 kafedra fəaliyyət göstərir. İl ərzində burada 2800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisas fənləri üzrə təhsili ilə 36 professor, 76 dosent məşğul olur.

    Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Qorxmaz Əhmədov da iştirak ediblər.

 

           Z.BƏŞİRQIZI,
          “Xalq qəzeti”

19 2019 17:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə