Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də İranın nümayəndə heyəti ilə görüş olub

ƏƏSMN-də İranın nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  ölkəmizdə səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İran arasında qədim tarixi olan əlaqələrin inkişaf edərək genişləndiyini vurğulayıb. Ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işlər,  əmək, məşğulluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib.

Dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərə prinsipi ilə təqdim olunması üçün icra olunan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsindən bəhs edib. O, bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ilin fevral ayında İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 2013-cü ilin aprel ayında İƏT-in Bakıda keçirilmiş ikinci konfransında Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib. Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb.

    Artıq bir sıra dövlətlər tərəfindən Nizamnaməsi imzalanan Mərkəz İƏT-ə üzv ölkələr, o cümlədən Azərbaycan və İran arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əlaqə­lərin inkişafına öz töhfəsini verəcək.

   R.Rəhmani  ölkəsi ilə Azərbaycan arasında əlaqələrinin bütün sahələr, o cümlədən əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə genişlənməsinin məmnunluq doğurduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komis­s­iyasının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub,  əməkdaşlıq əlaqə­lərinin inkişafına dair fikir mübadilələri aparılıb.

 

      Z.BƏŞİRQIZI,
     “Xalq qəzeti”

19 2019 15:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə