Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU əməkdaşları görülən işlər barədə təqdimatla çıxış etmişlər

 ATMU əməkdaşları görülən işlər barədə təqdimatla çıxış etmişlər

Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası  tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təmi­na­tı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin iki gün­lük  toplantısı  öz işinə başlamışdır.

    Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komis­siyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilmiş, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”-a uyğunlaşdırılmasındakı əsas problemlər  və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılmışdır.

      Azərbaycan Turizm ve Menecment Universitetini layihə koordinatoru Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov və Beynəlxalq söbənin mütəxəssisi Faina Qaçabəyova təmsil etmişlər. F. Ələsgərova və S.Mamedov ATMU da görülən islər barədə ətraflı təqdimatla cıxış etmişlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 15:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə