Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli parklarda “açıq qapı” günü keçiriləcək

Milli parklarda “açıq qapı” günü keçiriləcək

 “Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər  Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirir ki, təbiətin füsünkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin!  Milli parklara səyahət etməklə Siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz.

 

             Qəzənfər QASIMOV,
           
“Xalq  qəzeti”

19 2019 12:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə