Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda müasir xəstəxana kompleksi tezliklə istifadəyə veriləcəkdir

Qazaxda müasir xəstəxana kompleksi tezliklə istifadəyə veriləcəkdir

Son illər Qazax rayonunda sakinlərə yüksək tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda 2,6 hektar sahədə 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının inşa olunması buna əyani sübutdur.

Xəstəxana 10 korpusdan ibarətdir. Artıq onun 5 korpusu tam hazırdır. Bundan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos, transformator stansiyaları, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Yəni hazırda 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb. Digər  korpuslarun tikintisi də sürətlə davam etdirilir.

Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxananın bünövrəsi qoyulan vaxtdan bu günədək müntəzəm olaraq tikintiyə gəlir, obyektdə işlərin gedişi ilə maraqlanır, lazımi köməklik göstərir, tövsiyələrini verir.

Bu günlərdə rayon rəhbəri yenidən obyektə baş çəkmişdir. İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək deyib ki, ötən il özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir. O bildirib ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaqdır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova belə bir müasir, hər cür şəraiti olan xəstəxana kompleksinin inşa olunmasına görə bütün səhiyyə işçiləri adından ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirmişdir.

Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da kompleksin tikintisində olmuşdur.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

19 2019 11:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə