Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya, Belarus və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

İtaliya, Belarus və Azərbaycan opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin “Toska” operası nümayiş ediləcək.

Toska partiyasını İtaliyanın tanınmış opera müğənnisi Silvana Froli ifa edəcək. Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk canlandıracaq.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov operada Skarpia rolunda çıxış edəcək.

Səhnə əsəri tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli tərəfindən idarə olunacaq.

Operada, həmçinin teatrın solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov yer alacaqlar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 11:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə