Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Nar bağı" XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalında

Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib. Kinostudiyadan  bildiriblər  ki, rejissor İlqar Nəcəfin "Nar bağı" filmi tammetrajlı bədii filmlər seksiyasında müsabiqəyə qatılacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiya və "Buta Film" kino şirkətinin birgə istehsalı olun bu ekran əsərinin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

Qeyd edək ki, 2005-ci ildən etibarən hər il keçirilən Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalı bu il aprelin 24-dən 30-dək davam edəcək. Festivalın müsabiqə proqramında 31 ölkədən 55 film yer alıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2019 11:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə