Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU ilə İstanbul Cərrahpaşa Universiteti arasında memorandum imzalanıb

ATU ilə İstanbul Cərrahpaşa Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Tibb Universitetinin qonağı olan İstanbul Cərrahpaşa Universitetinin rektoru Aydın Nuri rektor Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı iki universitet arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Professor Gəray Gəraybəyli ali məktəblərin ortaq maraqlarını təşviq etmək baxımından memorandumun yararlı olacağını bilirib. Onun sözlərinə görə, hər iki müəssisə qarşılıqlı korporativ tədris və elmi-tədqiqat fəaliyyətini reallaşdırmaqda maraqlıdır: “Biz qardaş Türkiyə universitetləri ilə əməkdaşlıq sənədi imzaladıqda, bu sənəddə real hədəflərin qoyulmasının tərəfdarı oluruq. Tələbə və rezidentlərimiz, həkim və müəllimlərimiz üçün belə əməkdaşlığın olması çox vacibdir. Xüsusilə də, Türkiyə universitetlərinin tibb fakültələri ilə rezident mübadiləsində sıx əməkdaşlığımız mövcuddur. İmzaladığımız müqavilə qarşılıqlı elmi işlərin aparılması prosesinə böyük təkan olacaq”.

Rektor ATU-da xeyli sayda xarici ölkələrdən tələbələrin təhsil aldığını, onlar arasında Türkiyədən gənclərin olduğunu da bildirib: “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hədəflərinə əsasən ATU-da beynəlxalq ikili diplom proqramlarının tətbiqi və doktorantura səviyyəsi üzrə Azərbaycan vətəndaşlarının seçiminin təkmilləşdirilməsi üzrə işlərə başlanılıb. Bunlar da ATU-nun beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində rolunu daha da gücləndirəcək.

Cərrahpaşa Universitetinin rektoru, Professor Doktor Aydın Nuri hazırda universitetdə 42 min tələbənin olduğunu, ali məktəbdə yeni struktur dəyişikliklərinin aparıldığını bildirib: “Cərrahpaşa artıq bir markaya çevrilib. Tibb təhsili sahəsində çox irəliləyişlər əldə etmişik. İnanıram ki, əməkdaşlığımız sayəsində bir-birimizə hər bir sahədə yardımçı ola biləcəyik”.

Sonra universitetlər arasında anlaşma memrandumu imzalanıb. Sənəddə birgə tədris və təhsil fəaliyyəti, doktorluq dərəcəsi üzrə tələbə mübadiləsi və birgə rəhbərlik altında doktorluq dissertasiyasının yazılması üzrə əməkdaşlıq, akademik və elmi sahələrdə əməkdaşlıq nəzərdə tutulur.

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri assistent İkram Rüstəmov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının dializ şöbəsinin müdiri Barat Yusubov da iştirak ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:05 - TƏHSİL
TƏHSİL
17 Sentyabr 2019 | 12:12
Yeni dərs ili başlandı

Köhnə versiyamızdan xəbərləri izlə