Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın səfiri ATU tələbələri ilə görüşüb

Hindistanın səfiri ATU tələbələri ilə görüşüb

Hindistanın Azərbaycandakı səfiri Şri B.Vanlalvavna ATU-nun qonağı olub, rektor və tələbələrlə görüşüb. Səfirlə görüş zamanı universitetin rektoru, professor Gəray Gəraybəyli qonağa ATU-da təhsil alan xarici tələbələr, onların təhsili üçün yaradılmış şərait haqqında məlumat verib.

"Tibb Universiteti Azərbaycanda ən çox xarici tələbə cəlb edən ali məktəblərdən biridir. Ümumilikdə 31 ölkədən tələbələrimiz var. Sizin təmsil etdiyiniz ölkəyə gəlincə, hazırda ATU-da 35 hindistanlı tələbə təhsil alır. Xarici tələbələr üçün ayrıca yataqxanamız da var”.

Rektor G.Gəraybəyli qonaqlara xarici tələbə qəbulunun artıq yeni üsulla- Skype vasitəsilə intervü ilə həyata keçirildiyini, ATU-ya qəbul olan xarici tələbələrin ilk öncə hazırlıq kursu keçməsi haqqında məlumat verdi.

Səfir Şri B.Vanlalvavna Tibb Universiteti ilə tanışlıq üçün yaradılan imkan üçün təşəkkürünü bildirdi. Cənab Şri B.Vanlalvavna qeyd etdi ki, Azərbaycan və Hindistan arasında rəsmi əlaqələr yüksək səviyyədədir. Və bu əlaqələr səhiyyə və təhsil sahəsində də gücləndirilməlidir: “Universitetinizin müasir tədris binaları, klinikaları ilə tanış olduq. Bizim tələbələrə göstərdiyiniz diqqət, qayğı və dəstəkdən məmnun olduq. Çox istərdik ki, Hindistandakı Tibb Kollecləri ilə Azərbaycan Tibb Universiteti arasında mqnasibətlər olsun”.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev ali məktəbdə təhsil alan hindistanlı tələbələr, onların təhsildə qazandıqları uğur, ictimai aktivlikləri haqqında məlumat verdi. Görüş zamanı iki ölkə arasında tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Cənab Şri B.Vanlalvavnanın başçılığı ilə səfirlik nümayəndələri həm də ATU-da təhsil alan hindistanlı tələbələrlə görüşüblər. Səfir tələbələrlə tanış olub, onları maraqlandıran məsələlər haqqında danışıb. Görüşdə ATU-nun xairici tələblərlə iş üzrə dekanı Qorxmaz Əhmədov iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 10:48 - TƏHSİL
TƏHSİL
15 May 2019 | 12:03
Qaraciyər Elastoqrafiyası

Köhnə versiyamızdan xəbərləri izlə