Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz rayonunda elektrik enerjisinin verilişində keyfiyyət artırılır

“Azərişıq” ASC ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələri almaqda davam edir. Istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 2018-ci ilin səkkiz ayında Qərb regionunda iri miqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

     Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Bu ilin səkkiz ayı ərzində görülən işlər sırasında 8 km uzunluğunda olan 6 kv-luq “Aqropark” hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5.74 km olan “Ağdam” hava xəttində isə dayaqlar tam dəyişdirilmiş, bəzi yerlərdə 10 kv-luq dayaqlar da quraşdırılmışdır. Rayonun Hunanlar kəndində 3 ədəd,Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd KTM quraşdırılmış, ötürücü dayaqlar dəydirilmiş və SİP kabelləşmə işi aparılmışdır. Qovlar qəsəbəsində yeni transformator quraşdırılmış, Ağdam kəndində yenidənqurma işləri davam etdirilir. Artıq kənddə bir KTM quraşdırılmış, 88 ədəd dayaq basdırılmış və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılmışdır. Cəbhəyanı olan bu kənddə hazırda yenidənqurma işləri davam etdirilir. 810 abonentin mövcud olduğu Əlimərdanlı kəndində isə 9 ədəd KTM quraşdərılmışdır. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yeniləri ilə əvəzlənmişdir. 35 765 metr məsafədə kabelləşmə işi aparılmışdır. Hazırda Əlimərdanlı kəndində son tamamlama işləri aparılır. Tovuz rayonu Elelktrik Şəbəkəsi tərəfindən sayğaclaşma işlərində də böyük nəaliyyətlər əldə olunub. Rayondakı abonentlərin əksəriyyəti yeni dövür elektrik sayğacları ilə təmin ediliblər.  

Hazırda Tovuz rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

             

 

 

31 2018 12:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə