Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq öz Prezidentinə, Prezident də xalqına arxalanır

Xalq öz Prezidentinə, Prezident də xalqına arxalanır

Bu gün dünyanın paytaxt şəhərləri arasında özünəməxsus yeri olan və multikultural dəyərlərin qorunub saxlanıldığı Bakı sürətlə inkişaf edir, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması uğurla həyata keçirilir,  müasir memarlıq abidələri ilə getdikcə zənginləşir. Şübhəsiz ki, bu məsələdə dövlət başçısının paytaxtımızda  parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması, yeni parkların salınması ilə bağlı verdiyi tapşırıqlar mühüm rol oynayır. Əlbəttə, şəhərdə reallaşdırılan abadlıq-quruculuq işləri son nəticədə  sakinlərin və şəhərimizin qonaqlarının rahatlığını təmin etmək, onların asudə vaxtlarının səmərəli təşkilini gerçəkləşdirmək məqsədi daşıyır.  
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanışlıq zamanı bunun bir  daha şahidi olduq. Həmin mərasimdə iştirak edən sakinlərlə söhbətimizdə də bu məsələ xüsusi vurğulandı.

Gövhər İsmayılova, Suraxanı rayonu, Qaraçuxur qəsəbə sakini:


– Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi 16 il ərzində sosial məsələləri, Azərbaycan vətəndaşının maraqlarını, onun rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə davamlı islahatlar gerçəkləşdirib. Məhz elə bunun məntiqi nəticəsidir ki, vətəndaşlarımızın yaşayış səviyyəsi gündən-günə yaxşılaşır, rifahı yüksəlir. 
Cənab Prezident insanların asudə vaxtlarının səmərəli təşkilinə hər zaman xüsusi diqqət yetirir, park və xiyabanların əsaslı şəkildə yenidən qurulması,   yenilərinin salınması istiqamətində müvafiq qurumlara göstərişlər verir. Bax, qəsəbəmizdə yenidən qurularaq istifadəyə verilən Neftçilər parkı söylədiyim fikrin əyani ifadəsidir. Digər park və xiyabanlarda olduğu kimi, burada da insanların istirahəti, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb.
Yeri gəlmişkən, xatırladım ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızın inkişaf tempinə uyğun olaraq çox sayda yeni parklar, istirahət məkanları salınıb, mövcudları isə müasir səviyyədə yenidən qurulub.  

Qasım Əfəndiyev, Qaraçuxur qəsəbə sakini:


– Bu gün hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, xüsusilə Prezidentin dəstəyini hiss edir və bundan qürur hissi duyur. Möhtərəm dövlət başçısının həyata keçirdiyi çoxşaxəli siyasətin əsas məqsədi də məhz Azərbaycan vətəndaşı üçün firavan həyat tərzinin təmin olunmasıdır.    
Qeyd edim ki, ölkə rəhbəri xalqın sosial şəraitini yaxşılaşdırmaqla bərabər asudə vaxtlarını səmərəli keçirmələri qayğısına da qalır. Qəsəbəmizdə yenidən qurularaq istifadəyə verilən Neftçilər parkı, eləcə də indiyədək yaradılan bu cür digər istirahət guşələri, abad yollar məhz bu məqsədə xidmət edir. 
Bütün bunlar isə Prezident İlham Əliyevin xalqına, dövlətinə qəlbən bağlı lider olmasını göstərir. Bəli, möhtərəm dövlət başçımızı  xalqa sevdirən ən mühüm xüsusiyyətləri sırasında uğurlu islahatlara imza atması, daim sıravi vətəndaşın yanında olması, Vətənimizin qüdrəti və parlaq gələcəyi naminə önəmli tədbirlər həyata keçirməsidir. Bir sözlə, görülən bütün işlər, əldə edilən uğurlar Azərbaycan xalqının, sıravi vətəndaşın daha xoş güzəranını təmin etmək məqsədi daşıyır. Bir sözlə, xalq öz Prezidentinə, Prezident isə öz xalqına arxalanır. 

 

Söhbəti hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

19 2019 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə