Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar parlaq gələcəyimizə xidmət edir

İslahatlar parlaq gələcəyimizə xidmət edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahələrdə aparılan geniş islahatlar ölkə ictimaiyyəti arasında dərin razılıq hissi ilə qarşılanır. Azərbaycan Tibb Universitetinin professoru, tibb üzrə elmlər doktoru Anar Ağayev fikirlərini bizimlə bölüşdü:

– Möhtərəm Prezidentin təşəbbüsü ilə həyata keçirilən sosial-iqtisadi, məhkəmə islahatlarını dərin maraqla izləyirəm. Dövlətimizin başçısı bu günlərdə bildirib ki, təhsil və səhiyyə sahələrində də geniş islahatlar aparılacaq. 
Bütün bunlar dövlətimizin daha güclü və qüdrətli olması üçün edilir. Yaxşı haldır ki, islahatlar təmkinlə, düşünülmüş şəkildə həyata keçirilir. 
Böyük Britaniyanın görkəmli dövlət xadimi Uinston Çörçilin belə bir fikri var: “Dövlət xadiminin siyasi xadimdən fərqi bundan ibarətdir ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. 
Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev son 16 il ərzindəki yüksək idarəçilik fəaliyyəti ilə məhz səriştəli dövlət xadimi səviyyəsinə yüksəlmişdir. Bu, qürurverici bir həqiqətdir, reallıqdır. Bir Azərbaycan vətəndaşı, ziyalısı kimi mən də bununla fəxr edirəm. 
Cənab İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən siyasətinin əsasında Azərbaycan dövlətinin və xalqımızın milli maraqları dayanır. Buna görə də ölkə vətəndaşlarının böyük əksəriyyəti dövlət başçısının müdrik daxili və xarici siyasətini dəstəkləyirlər. Bunu bu yaxınlarda Fransanın “Opinion Way” tədqiqat institutunun keçirdiyi rəy sorğuları da bir daha bariz şəkildə sübut etdi. 
Bəli, Azərbaycan xalqı öz liderinə tamamilə inanır. İnanır ki, cənab Prezidentin təşəbbüsü və rəhbərliyi ilə icra olunan islahatlar müstəqil Azərbaycanın hərtərəfli inkişaf və tərəqqisini daha da sürətləndirəcək. Ölkəmizin nüfuzu daha da artacaq, xalqımızın rifahı daim yüksələcək. 
Sonda bir məqamı da vurğulamaq istərdim. Bu gün cənab İlham Əliyevin müdrik liderliyi ilə aparılan islahatlar ulu öndər Heydər Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən siyasətinin yeni şəraitdə, yeni dövrdə uğurlu davamıdır. Bu, təkcə mənim deyil, Azərbaycanın bütün sağlam düşüncəli, vətənpərvər vətəndaşlarının fikridir.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti” 

 

 

19 2019 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə