• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələri ilə bağlı sərəncam imzalanıb

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələri ilə bağlı sərəncam imzalanıb

Səhiyyə Nazirliyində “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalanıb.

Sərəncamda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edilib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.

Tədbirlər planına Diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2018 16:06 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin