Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial şəbəkələrdə söz və mətbuat azadlığından sui-istifadə yolverilməzdir

Sosial şəbəkələrdə söz və mətbuat azadlığından sui-istifadə yolverilməzdir

Azərbaycanın sürətli inkişafı, dünya birliyinə inteqrasiyası, söz sahibinə çevrilməsi dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımızda qürur hissi yaradır və yaratmalıdır da! SSRİ-nin süqutundan sonra diqər müttəfiq respublikalarla müqayisədə ölkəmizin müstəqillik yolunda inamla irəliləməsi, nüfuzlu beynəlxalq təşkilatların fəal üzvünə çevrilməsi, bəzi hallarda həmin qurumlara sədrlik etməsi, demokratik prinsiplərə xüsusi önəm verməsi, xüsusilə, insan hüquq və azadlıqlarının müdafiəsində qətiyyətli qərarlar qəbul edilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. 

Bu gün xalq Prezidentin ətrafında sıx birləşib, ona inanır və güvənir. Təbii ki, bu uğurlara, “iqtidar-xalq” vəhdətinə sevinməyənlər də var. Onlar bir qarın yeməkdən ötrü xalqı, Vətəni, ölkənin başçısı, tanınmış ziyalıları və görkəmli şəxsləri haqqında aşağılayıcı rəylər yazır, öz əxlaqlarına və mənəviyyatlarına uyğun təhqiramiz ifadələr işlədir, ermənipərəst dairələrin dediklərini təkrarlamaqla azərbaycanlı adına ləkə gətirirlər. Sosial şəbəkələrdə ağızlarına gələn söyüşləri yazanlar, əslində, bu cür hərəkətləri ilə mənəviyyatsızlıqlarını nümayiş etdirirlər. 
Son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının imzaladığı fərman və sərəncamların icrası bütün Azərbaycan vətəndaşlarına, eləcə də Avropa ölkələrində ermənipərəst qüvvələrə sığınan satqın və xəyanətkarların valideynlərinə, yaxın qohumlarına, doğmlarına da tətbiq olunur. Yəni, sosial müavinətlərin, təqaüdlərin, pensiayaların artırılması bütün Azərbaycan vətəndaşlarına bərabər şəkildə tətbiq olunur. Bəs görəsən, xarici ölkələrdəki antiazərbaycan qüvvələrin süfrələrinin qır-qırıntısına göz dikən, adını azərbaycanlı qoyan belə satqınları narahat edən nədir? 
Respublikamızın müxtəlif bölgələrində baş vermiş zəlzələlərdən, təbii fəlakətlərdən zərər çəkən insanlara ilk təsəlli, kömək və yardım dövlətimizin başçısından gələndə, onlarla görüşəndə, şəhid ailəsinə, evi dağılmış yaşlı qadına hörmət və səmimiyyət göstərəndə sosial şəbəkə alverçiləri bu xeyirxahlığa yenə də təhqirlə cavab verdilər. Çünki onların mayaları xəbislikdən, satqınlıqdan və xəyanətdən tutulub. 
Azərbaycan müstəqillik yoluna qədəm qoyandan bəri, xüsusilə, son 16 ildə azad mətbuatın, internetin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu sahədə ildən-ilə daha demokratik addımlar atılır. Təəssüf ki, Vətənini, hətta öz doğmalarını çirkli pullara qurban verən bəzi mənəviyyatsızlar bu sərbəstlikdən sui-istifadə edərək xalqı təhqir edir, adımıza ləkə gətirirlər. Bu cür hallar cəmiyyətimizi çox ciddi narahat edir. Axı Vətənə, el-obaya çirkab atmaq millətimizin adına ləkə gətirir. Vəziyyət o həddə çatıb ki, bu yolun yolçuları, Azərbaycanın dövlət rəmzlərini, tanınmış ictimai-siyasi xadimləri belə təhqir etməkdən çəkinmirlər.
Ölkəmizin sürətli inkişafı, əhalinin sosial müdafiəsinin getdikcə gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər göz önündədir. Azərbaycan artıq beynəlxalq aləmdə də müasir texnologiyaları, yenilikləri daim tətbiq edən bir ölkə kimi tanınır. Bu gün sürətli internetin yayılması, ölkə Prezidentinin bu sahəyə xüsusi önəm verməsi, dövlət idarəetmə strukturlarının tamamilə yenilənməsi, yeni kommunikasiya texnologiyaları vasitələrindən istifadə edərək elektron hökumətin yaradılması respublikamızı ­dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Təəssüf ki, antiazərbaycan qüvvələrinin əsirinə çevrilmiş bəzi üzüdönüklər bir qarın yemək xatirinə interneti, sosial şəbəkələri Azərbaycana qarşı döyüş meydanına çeviriblər. Onların əksəriyyəri xarici ölkələrdə elə nadürüst işlərlə məşğul olurlar ki, orada yaşayan soydaşlarımızı da xəcalətli qoyublar.
Almaniyada yaşayan bir soydaşımız yazır ki, burada boy-buxunlu, sağlam cüssəli bir azərbaycanlı gənc oğlan yaşayır. Əslində, yaşamır, sürünür. Saçını da əcnəbilər kimi uzadaraq özünü tanınmaz hala salmaq istəyib. Gündüzlər küçə süpürür. Sonra isə imkanlı adamların itini saxlayır, yemləyir. Axşamlar isə kompüter arxasında oturub millətimizi, xalqımızı, dövlətimzi təhqir edir, dövlət başçısını, tanınmış ziyalıları, vətənpərvər insanları təhqir etməklə “pul qazanır”. Görəsən, bu adamın saxladığı, qulluq göstərdiyi it ona ata-anasından əzizdir? Məgər Azərbaycanda işləməyə yer yoxdur ki, bu cavan oğlan gəlib Almaniyada küçə süpürür, itə qulluq edir? Sonra da ölkəmizin ikişafını gözü götürməyənlərin qəpik-quruşu hesabına ağzına gələn ləyaqətsiz sözlər yazır. Burada hamı ona nifrət edir. Biz Vətənimiz Azərbaycanla fəxr edir, qürur duyuruq. İtə qulluq edən belə “avropalı azərbaycanlı”lara tez-tez rast gəlirik. Eşitdiyimə görə, bəzilərinin valideynləri onlardan imtina ediblər. Haqq ediblər. Çünki minbir əzab-əziyyətlə böyütdüyü uşaqlar onları atıb, gedib xarici ölkələrdə küçə süpürməklə, it saxlamaqla, Vətəninə böhtan atmaqla günlərini keçirir, satqınlıq edirlər. Belə sosial şəbəkə alverçiləri, dələduzları saxta profillər arxasında çox gizlənə bilməzlər. Yeri gəlmişkən, bu günlərdə Daxili İşlər Nazirliyinin sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməsi barədə məlumatı yayılıb. 
Xəbərdarlıqda deyilir ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət sayılır.
Qeyd edilir ki, həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməmək tövsiyə edilir.
Göründüyü kimi, artıq saxta profillərlə ölkəmizə, dövlətimizin başçısına, dövlət rəmzlərinə, tanınmış ziyalılara böhtan atan, onları təhqir edən satqınların sonu yaxınlaşır. Belə mənəviyyatsızlar gec-tez qanun qarşısında cavab verəcəklər. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

18 2019 23:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə