Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tərəqqi strategiyasının təntənəsi

Tərəqqi strategiyasının təntənəsi

Azərbaycan Prezidenti İlham Əliyev işğalçı və terrorçu Ermənistandan başqa bütün qonşu dövlətlərlə, eləcə də daha uzaq xaricdəki ölkələrlə çox səmərəli və faydalı əməkdaşlıq qurub. Bu əməkdaşlıq bir çox hallarda ikitərəflidirsə, bəzən üçtərəfli və hətta dördtərəfli  formatlarda təzahür edir. Bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən təşəbbüsləridir.
Sergey Markov


Azərbaycan ­iqtisadiyyatının şaxələndirilməsinə dair Prezident İlham Əliyevin ölçülmüş və qəti addımları ölkənin beynəlxalq statusunun davamlı yüksəlişində əsas ­faktor olub.
Rob Sübhani


Son illərdə Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı nailiyyətlər təkcə ölkə daxilində deyil, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Bunu bir sıra xarici media orqanlarının və internet portallarının səhifələrində ölkəmizin uğurlu siyasi kursuna və sosial-iqtisadi inkişafına həsr edilmiş yazılardan da görmək olur.

Elə bu yaxınlarda Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılması fikirlərimizi təsdiq edir. Sorğunun nəticələri xarici ölkə vətəndaşları tərəfindən də maraqla qarşılanmışdır. Rusiya, Türkiyə və ərəb ölkələrinin bir çox nüfuzlu KİV Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarını ətraflı şərh etmiş və bu siyasətin xalqın böyük dəstəyinə malik olduğunu vurğulamışdır.
Bir çox görkəmli şəxsiyyətlər də Azərbaycanda “xalq-iqtidar” birliyinin verdiyi uğurlu nəticələr haqqında fikirlər söyləmişlər. TÜRKSOY baş katibinin müavini Fırat Purtaş fikrini Azərbaycanda əhalinin təbii artımındakı dinamik inkişaf üzərində cəmləşdirərək bu sahədə ciddi irəliləyiş olduğunu qeyd etmişdir. Onun dediyinə görə, bu, Türkiyə və Azərbaycan dövlətlərinin gücünə güc qatır. “Bu, Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir”, – deyə Purtaş bəyan etmişdir.
Rusiyalı politoloq Sergey Markovun Azərbaycandakı vəziyyətlə bağlı fikirləri də maraqlıdır. O deyir: “Azərbaycanda siyasi və sosial-iqtisadi sabitlik qorunub saxlanılıb, bu isə insanlar üçün çox qiymətlidir. Ölkədə fasiləsiz iqtisadi inkişaf təmin edilib. Son bir ildə çoxvektorlu xarici siyasət davam edib. Azərbaycan bütün qonşuları ilə və dünyamiqyaslı iri subyektlərlə yaxşı münasibətlərə malikdir”. Rusiyalı politoloq Azərbaycanın yürütdüyü xarici siyasətə çox düzgün qiymət verir və bunu doğru olaraq çoxvektorlu siyasət kimi səciyyələndirir. Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyev işğalçı və terrorçu Ermənistandan başqa, bütün qonşu dövlətlərlə, eləcə də daha uzaq xaricdəki ölkələrlə çox səmərəli və faydalı əməkdaşlıq qurub. Bu əməkdaşlıq bir çox hallarda ikitərəflidirsə, bəzən üçtərəfli və hətta dördtərəfli  formatlarda təzahür edir. Bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən təşəbbüsləridir.
Azərbaycandakı iqtisadi tərəqqi “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sübhaninin də nəzərindən yayınmayıb. “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair Prezident İlham Əliyevin ölçülmüş və qəti addımları ölkənin beynəlxalq statusunun davamlı yüksəlişində əsas faktor olub. Beynəlxalq KİV aqrobiznes, yüngül sənaye, sahibkarlıq, turizm, ətraf mühitin sağlamlaşdırılması və informasiya texnologiyaları sahəsində atılan addımları Azərbaycanın düzgün istiqamətdə irəliləməsinin sübutu kimi qeyd ediblər. Prezident İlham Əliyev qeyri-sabit bir regionda Azərbaycanı sabitlik adası kimi təqdim etməyi bacardı. Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasına baxmayaraq, cənab İlham Əliyev münaqişənin sülh yolu ilə həll olunmasına sadiq qalmaqla məsuliyyətli dünya liderlərindən biri olduğunu beynəlxalq ictimaiyyətə göstərdi”.
BMT-nin qaçqınlar üzrə ali ­komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambrosso isə ölkədə Ermənistanın təcavüzü nəticəsində yaranmış bir milyon qaçqın üçün yaradılmış şəraiti yüksək qiymətləndirib. Onun sözlərinə görə, ötən 20 il ərzində Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təqdirəlayiq işlər görülüb.
Türkiyənin “Haber” qəzeti Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən ABAD layihəsinin ailə iqtisadiyyatına dəstək verməsi, layihənin tədricən unudulan sənət və yemək növlərini yenidən canlandıracağı barədə yazıb. “Beləliklə, aqrar sahədə inkişaf dəstəklənəcək, qeyri-neft sektorunun inkişafına töhfə veriləcək. ABAD mərkəzlərinin yaradılmasında məqsəd Azərbaycan vətəndaşlarının ölkənin sosial-iqtisadi həyatında aktiv iştirakını təmin etmək, kiçik və orta ailə sahibkarlığını inkişaf etdirmək,  ölkədə məşğulluq səviyyəsini artırmaq, sahibkarlar arasında inkişafyönümlü rəqabət mühiti yaratmaqdır”.
Bundan əlavə, ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün “Dünyanın ən yaxşı ölkələri”nin siyahısını dərc edib və Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb. Ötən ilki reytinqdə 69-cu olmuş ölkəmiz bu göstərici üzrə 5 pillə irəliləyib.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 

 

18 2019 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə