Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL prezidenti Quançjouda “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

AZAL prezidenti Quançjouda “Canton Fair” sərgisinin açılışında iştirak etmişdir

Quançjounun Ticarət-Sənaye Palatasının (TSP) dəvəti ilə AZAL ­prezidenti Cahangir Əsgərov Quançjou (Çin) şəhərində keçirilən “Canton Fair” ticarət-sənaye sərgisinin açılışında iştirak etmişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki,1957-ci ildə əsası qoyulan “Canton Fair” sərgisi (həmçinin Çin idxal və ixrac malları yarmarkası kimi tanınır) dünyada məşhur çoxprofilli sərgidir. Bu sərgini, həmçinin Çin sənayesinin əsas vitrini adlandırırlar.
O, ildə iki dəfə – yazda və payızda keçirilir. Bu il sayca 125-ci yarmarka aprelin 15-dən mayın 5-dək keçirilir. Sərgi pavilyonlarının ümumi sahəsi 1200000 kvadratmetr təşkil edir.
Bütün dünyadan və demək olar ki, Çinin bütün əyalət və şəhərlərindən olan istehsalçılar və tədarükçülər yüz min adda məhsul təqdim edirlər. Bu sərgidə, ümumilikdə, 25 mindən çox şirkət iştirak edir.
“Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.
“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarı cəlb edir. 
“Sürətlə böyüyən Çin bazarı Azərbaycan sahibkarları üçün çox cəlbedicidir. Bununla əlaqədar olaraq, biz gələcəkdə Çini daha əlçatan etməyi və bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq”, – deyə Cahangir Əsgərov bildirmişdir.
Hazırda Azərbaycanın milli aviadaşıyıcısı AZAL Pekinə birbaşa uçuşlar, “Silk Way” yük aviaşirkəti isə Çinin Çjençjou və Şanxay şəhərlərinə birbaşa reyslər yerinə yetirir.

 

“Xalq qəzeti”

 

18 2019 23:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə