Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Aprelin 18-də Nazirlər Kabinetində “Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Əli Əhmədov Prezident İlham Əliyevin bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi haqqında sərəncam imzaladığını xatırladıb. Bildirib ki, bu sammitin keçirilməsi məqsədilə yaradılmış Təşkilat Komitəsində dövlət və hökumət qurumlarının, ictimai təşkilatların, dini qurumların rəhbərləri və nümayəndələri təmsil olunurlar.   
Baş nazirin müavini deyib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmiz multikulturalizmin mərkəzi kimi din xadimlərinin iştirakı ilə bir sıra tədbirlərə də evsahibliyi edib. 2010-cu ildə Azərbaycanda “Dünya dini liderlərinin I Bakı sammiti” keçirilib. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Bakıda növbəti beynəlxalq sammitin keçirilməsi Prezident İlham Əliyev tərəfindən məqsədəuyğun sayılıb. Bu tədbirin keçirilməsi bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sammitin millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib. 
Sonra iclasda “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi, fəaliyyət proqramının tərtib olunması, qonaqların sayının dəqiqləşdirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. 

AZƏRTAC

18 2019 23:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə