Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda XXI əsrin ən müasir tullantı idarəetmə sistemi yaradılır

Bakıda XXI əsrin ən müasir tullantı idarəetmə sistemi yaradılır

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Böyük Britaniyanın dünyaca məşhur “Mott MacDonald” şirkəti Azərbaycan paytaxtında bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunmasının ən müasir konsepsiyasını hazırlayır. 

Bakı ŞİH-nin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, həmin konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, hazırlıq işləri aparılır. İndiyədək Səbail, Nərimanov, Yasamal və Nəsimi rayonlarında məişət tullantıları üçün müasir konteynerlər qoyulub. Bu günlərdə isə Binəqədi, Nizami və Xətai rayonlarına  da belə konteynerlər verilir. Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirilən işləri əlaqələndirmək üçün “Mott MacDonald” şirkətinin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi təşkil edib. Burada işçi qrupun konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı işləri  yüksək səviyyədə və vaxtında yerinə yetirməsi üçün lazımi şərait yaradılıb.
“Mott MacDonald” şirkətinin nümayəndələri bu günlərdə növbəti dəfə Bakıda olublar. Şirkətin səlahiyyətli nümayəndəsi və konsepsiyanın rəhbəri Martin Saymon Monitorinq Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, şirkətin bu vaxtadək apardığı araşdırmaların nəticələri tezliklə Azərbaycan paytaxtında da XXI əsrin ən muasir tullantı idarəetmə sisteminin yaradılmasına  imkan verir. Bakıda hər il təxminən, 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər şəhər genişlənib inkişaf etdikcə, daha da artacaq. Tullantılarla bağlı çağdaş konsepsiyada göstərilir ki, onun düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Bakıda tullantıların Balaxanı çeşidləmə və enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu sahədə indiyədək müəyyən inkişaf əldə edilib.
Xatırladaq ki, indiki konsepsiya ilə bağlı ilkin araşdırmalara Nərimanov rayonundan başlanıb. Bu layihənin gerçəkləşdirilməsi paytaxtda ətraf mühitin qorunmasına önəmli töhfə olmaqla yanaşı, tullantıların emalından yüksək iqtisadi fayda da gətirəcək. 

R.TAHİR, “Xalq qəzeti”

18 2019 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə