Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Tender 2 Lot üzrə keçirilir.
Lot-1. Sərnişinlərin daşınması, nəqliyyatın, eləcə də əlavə ağır texnikanın icarəsi xidmətinin satın alınması.
Lot-2. Nəqliyyat vasitələrinin təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvandan təhvil ala bilərlər. Əlaqələndirici şəxs - Tural Quluzadə, əlaqə telefonu- (+99 477) 277 32 60.
İştirak haqqı lot -1 – 500 manat, 
lot-2 isə 250 manatdır.
H/h- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank” ASC-nin Qusar filialı 
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- iddiaçının maddi-texniki bazası;
- müqavilənin yerinə yetirilməsi təminatı- 2 faiz (iddiaçının təklifi 100 000 ABŞ dolları manat ekvivalentindən çox olarsa).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət 
satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 may 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 4 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Quluzadə, əlaqə telefonu (+99 477) 277 32 60.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 7 iyun 2019-cu il saat 17.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

19 2019 00:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2019 | 11:21
BİLDİRIŞ

Köhnə versiyamızdan xəbərləri izlə