Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti AÇIQ TENDER ELAN EDİR

İctimai Televiziya və Radio Yayımları Şirkəti AÇIQ TENDER ELAN EDİR

Tender 7 lot üzrə keçirilir.
Lot-1. Liftlərə lazım olan ehtiyat hissələri və illik texniki xidmət işlərinin satın- alınması.
Lot-2. Qazanxananın istismara verilməsi üçün texniki şərtlərin hazırlanması və zəruri təmir aparılması işlərinin satın alınması.
Lot-3. DeckLink Studio 4K kompüter platasının satın alınması. 
Lot-4. TC Elektronic DBMax audio prosessorun satın alınması.
Lot-5. Hesablama texnikasının satın alınması.
Lot-6. Televiziya avadanlığının satın alınması.
Lot-7. Müxtəlif dekorasiyaların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 ( əlaqələndirici şəxs- Ramil Əliyevdən, telefon- 012 430 13 16 ) nömrəli ünvandan ala bilərlər.
Adı - “Kapital Bank” ASC-nin 1 saylı Nəsimi filialı 
Kod - 200112
VÖEN - 9900003611
M/h - AZ37NABZ01350100000000001944
S.W.İ.F.Т. АIIBАZ2X
Adı - İctimai Televiziya və Radio Yayımları Şirkəti
H/h-AZ11AIIB33010019441102259111
VÖEN - 2000435761 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafıq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifı və bank zəmanəti istisna olmaqla) 10 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 20 may 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 21 may 2019-cu il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

19 2019 00:02 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyul 2019 | 02:28
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:34
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:33
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə