Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İ.Kalın: Türkiyə NATO-nun tamhüquqlu üzvü kimi qalacaq

İ.Kalın: Türkiyə NATO-nun tamhüquqlu üzvü kimi qalacaq

“Ankara Türkiyənin NATO üzvlüyü ilə bağlı hər hansı bir şübhə yaranmasına imkan verməyəcək”. Bu fikri Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində səsləndirib. 

Ankara hesab edir ki, Rusiyanın “S-400” raketlərini aldığı üçün kiminsə Türkiyənin alyans üzvlüyünü müzakirə etməsi qəbuledilməzdir. O deyib: “Türkiyə NATO-nun tamhüquqlu üzvüdür və hər bir qərarın qəbul olunmasında səs hüququna malikdir”. 
Mətbuat katibinin sözlərinə görə, Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə bir sıra problemlərlə bağlı mürəkkəb mərhələ başlayıb. Bu, təkcə Rusiyanın “S-400” raketləri ilə bağlı problem deyil. Tərəflərin Suriya münaqişəsinin nizamlanması və Fətullah Gülənin terror hərəkatı ilə bağlı mövqelərində fikir ayrılıqları var. Reallıq budur ki, Vaşinqtonun YPG/PKK yaraqlılarını dəstəkləməsi və Gülənin Türkiyəyə təhvil verilməsini ləngitməsi iki ölkə arasında normal dialoqa mane olur. 
İ.Kalın xatırladıb ki, Türkiyə–ABŞ münasibətlərinin dərin kökləri var. Türkiyə NATO-dakı mövqelərini daha da möhkəmləndirmək əzmindədir. Ankara NATO-ya üzv və üzv olmayan bütün ölkələrlə çoxqütblü siyasət həyata keçirir. 
Türkiyə üçün Rusiya ilə əlaqələr heç də ABŞ, yaxud Avropa İttifaqı ilə dialoqa alternativ deyil. Eyni zamanda, Qərblə əlaqələr Rusiya ilə münasibətlərə zərər yetirməməlidir.
İ.Kalın müsahibənin sonunda vurğulayıb ki, “S-400”-lərin Türkiyə ərazisində yerləşdirilməsi bəzilərinin iddia etdikləri kimi, heç də “F-35”lə bağlı sazişə təhlükə yaratmır.

M.HACIXANLI, “Xalq qəzeti”

18 2019 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə