Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyadan Ukraynaya neft ixracına qadağa qoyulur

Rusiyadan Ukraynaya neft ixracına qadağa qoyulur

Rusiya hökuməti Ukraynaya neft və neft məhsullarının ixracını qadağan edir. Bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev hökumətin iclasında Kiyev tərəfindən ölkəsinə qarşı qəbul edilmiş məhdudiyyətlərə cavab tədbirləri haqqında danışarkən bildirib. Məlumatı TASS verib.
“Ukraynaya Rusiya nefti və neft məhsullarının ixracına qadağa tətbiq edilir”, – deyə Medvedev bəyan edib. 
Onun sözlərinə görə, Ukraynadan bəzi məhsulların idxalına da qadağa qoyulması nəzərdə tutulur: “Biz Rusiyaya bu ölkədən bir sıra məhsulların gətirilməsinə qadağaları da genişləndiririk. Bu məhdudiyyətlər Ukraynanın maşınqayırma, yüngül sənaye, təkrar emal olunmuş metallurgiya məhsullarına tətbiq edilir. Onların ümumi dəyəri keçən il 250 milyon dollar təşkil edib”.
Hökumət başçısı qeyd edib ki, Rusiyada istehsal olunan bəzi məhsullar Ukraynaya yalnız xüsusi icazə əsasında aparıla bilər: “Bu il iyunun 1-dən etibarən Ukraynaya ixracı ayrıca icazə əsasında mümkün olacaq malların siyahısı hazırlanır. Bu kateqoriyaya kömür, neft, yanacaq-energetika və neft məhsulları daxildir”. 
Baş nazir əlavə edib ki, artıq bu tədbirlərin icrası ilə bağlı sərəncam imzalayıb: “Bir neçə gün əvvəl Ukraynanın Nazirlər Kabineti bizim ölkəyə qarşı növbəti düşmən addımı atıb, Ukrayna ərazisinə idxalı qadağan olunmuş Rusiya məhsullarının siyahısını genişləndirib. Bu şəraitdə biz də öz maraqlarımızı qorumağa və cavab tədbirləri görməyə məcburuq”, – deyə Medvedev bildirib. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 2019 23:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə