Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimali Koreya qısamənzilli taktiki raketlərin sınağını keçirib

Şimali Koreya qısamənzilli taktiki raketlərin sınağını keçirib

Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) aşağı hündürlükdə uçan yeni taktiki idarəolunan raket sistemlərinin sınağını keçirib. Bu barədə BBC məlumat yayıb.
Mənbə Cənubi Koreya hərbi ekspertlərinin açıqlamasına istinadən yazıb. Belə ki, “Şimali Koreya 20 kilometr məsafəyə uça bilən taktiki qanadlı raketləri sınaqdan keçirə bilərdi”, - deyə ekspertlər bildirib. Onların məlumatına əsasən, KXDR-də həyata keçirilən bütün raket sınaqları Silahlı Qüvvələrin Şimal komandanlığının aşkarlama sistemləri tərəfindən izlənilir. Lakin elektron qurğular raket startını qeydə almayıb, bu da onların az hündürlükdə və qısa məsafəyə uçması ilə izah oluna bilər.
Koreya Mərkəzi Teleqraf Agentliyi isə öz növbəsində ölkə lideri Kim Çen Inın yeni tip taktiki idarəolunan silahların sınaqlarında iştirak etdiyi barədə məlumat yayıb, lakin söhbətin hansı silahdan getdiyini bildirməyib.
Qeyd edək ki, bu, fevral ayının sonlarında Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında Vyetnamda baş tutan ikinci sammitdən sonra Pxenyanın rəsmən elan olunan ilk silah sınağıdır.
Xatırladaq ki, 2010-cu ildə Cənubi Koreya düşmənin artilleriya sistemlərini məhv etmək üçün şimal sərhədlərində 20 kilometr təsir radiusuna malik olan “Spike” raketləri yerləşdirmişdir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 23:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə