Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekvadorlular Culian Assanjı dəstəkləyirlər

Ekvadorlular Culian Assanjı dəstəkləyirlər

Ötən həftə həbs edilmiş Wikileaks-ın təsisçisi və rəhbəri  Culian Assanjın müdafiəsi davam edir.
Ekvador paytaxtının sakinləri əllərində “Azad söz uğrunda” və “ABŞ, əlini Assanjdan çək” şuarları ilə hökumət və dövlət binalarının qarşısında marş keçiriblər. Onlar təcili Culian Assanjın azadlığa buraxılmasını tələb ediblər. Etirazçılarla polis arasında qarşıdurma baş verib.
Qeyd edək ki, Culian Assanj Ekvador hakimiyyətini də tənqid edib. Onları korrupsiyada ittiham edib. Məhz bundan sonra Ekvador hökuməti Culian Assanjın siyasi toxunulmazlığını ləğv edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

18 2019 23:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə