Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinli alimlər hərbi dərəcəli yeni stels və kamuflaj materiallar üzərində tədqiqatlarını davam etdirirlər.

Çinli alimlər hərbi dərəcəli yeni stels və kamuflaj materiallar üzərində tədqiqatlarını davam etdirirlər.

“Xalq qəzeti” “Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin Milli Elmlər Akademiyasının Nanotexnologiya və Nanobioniklər İnstitutunun tədqiqat komandasının rəhbəri Zanq Xuetonq bildirib. 

Onun sözlərinə görə, üzərində tədqiqatlar aparılan material istifadəçini elektromaqnit dalğaların geniş spektrindən gizlədə biləcək. Onun hətta istiliyə həssas infraqırmızı kameraların obyektivindən də gizlətmə qabiliyyəti olduğu bildirilir. 
Zanqın iddia edir ki, mövcud materiallarla müqayisədə, üzərində çalışdıqları material daha yüngül, daha möhkəm və elastik olacaq. Ondan həm hərbi, həm də texnoloji sahələrdə istifadə etmək mümkün olacaq.

 

Anar Əliyev,
“Xalq qəzeti”

18 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə