Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtın 70 illiyinə həsr olunmuş kitab təqdimatı

Sumqayıtın 70 illiyinə həsr olunmuş kitab təqdimatı

Sumqayıt Şəhər Təhsil Şöbəsində şəhərin 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qabaqcıl məktəb direktorları və müəllimlərin iştirakı ilə təşkil olunan növbəti tədbrdə gənc pedaqoqlar - Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinov və 29 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbinə İsayevanın müəllifi olduqları kitablar təqdim edilib.

Tədbiri giriş sözü ilə açan təhsil şöbəsinin müdiri Arzu Alızadə Sumqayıt təhsilinin uğurlarından və yubiley ərəfəsində qarşıda duran vəzifələrdən danışıb, kitab müəlliflərini iştirakçılara təqdim edib, onlara yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

Sonra kitab müəlliflərinə söz verilib. Onlar yazdıqları kitablara diqqət göstərilməsinə görə təşəkkür edib və yeni nəşrlər haqqında məlumat veriblər. Müəlliflər öz kitablarını iştirakçılara hədiyyə ediblər. Tədbirdə söz alan təhsil işçiləri yeni kitablar haqqında fikir və mülahizələrini bildiriblər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

18 2019 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə