Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Foreign Policy: danışıqlarda qadınların iştirakı nüvə müharibəsi riskini 64 faiz azaldacaq

Foreign Policy: danışıqlarda qadınların iştirakı nüvə müharibəsi riskini 64 faiz azaldacaq

Danışıq aparan ölkələrin nümayəndə heyətlərində qadınların üzvlüyünü artırmaqla, nüvə silahının yayılmaması üzrə beynəlxalq danışıqların səmərəliliyini artırmaq olar. Amerikanın  Foreign Policy jurnalı -nın şərhçisi Zanti Şarff belə hesab edir.

Mənbəyə istinad edən Pravda.ru-nun yazdığına görə, hazırda belə danışıqlarda qadınlar nümayəndə heyətlərinin dörddə-birini təşkil edirlər. 2015-ci ildə Nüvə silahını yaymamaq haqqında Müqaviləyə həsr olunmuş konfransda isə 33 ölkə sırf kişilərlə təmsil olunmuşdu. Nümayəndə heyətlərinə qadın təşkilatlarının təmsilçilərinin daxil edilməsi danışıqların iflası ehtimalını 64 faiz aşağı sala bilər - Foreign Policy-dəki məqalənin müəllifi Britaniya Kral  cəmiyyətinin tədqiqatlarına əsasən belə bir nəticəyə gəlib . Ötkəmlik kişilərə xas cəhətdir, hərbi oyunlarda isə onlar düşmənə hücum etmək barədə qərarı həvəslə qəbul edirlər – bu da onları qadınlara nisbətən daha çox risk edən elçiyə çevirir.

ABŞ prezidentinə hərbi münaqişələrdə nüvə silahını ilk olaraq işlətməyi  və bunu Konqresin sanksiyası olmadan etməyi yasaqlamaq uğrunda hərəkatın liderlərindən biri olan Nensi Perriş hesab edir ki, qadınlar arasında nüvə problemləri üzrə yetərli qədər ekspert var, amma hələlik gender srereotiplərinə görə onları ekspert kimi işə az cəlb edirlər. 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

18 2019 14:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə