Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada avtoqəza ölümləri çoxalır

Dünyada avtoqəza ölümləri çoxalır

Yol nəqliyyat hadisələrinin artması son dövrün problemlərindən birinə çevrilib. Bu hadisələr hər il dünyada 1,3 milyon nəfərin həyatına son qoyur, 50 milyona qədər adamsa xəsarət alır. Hər 24 saniyədə bir nəfər dünyasını dəyişir. Ölənlərin dörddə birindən çoxu piyadaların və velosipedçilərin payına düşür. Dünya Səhiyyə Təşkilatı qlobal yol təhlükəsizliyinə dair məruzələrində bununla bağlı ciddi narahatlığını bildirir.

Sürətin aşılması, sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi, dəbilqələrdən, təhlükəsizlik kəmərlərindən, xüsusi uşaq oturacaqlarından istifadə edilməməsi kimi amillər yol-nəqliyyat hadisələrində insanların ölümcül travmalar almalarına səbəb olur. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmalar ölüm səbəbinə görə beşinci yerdə qərarlaşacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. 

Ölümlə bitən hadisələrin əksəriyyəti  5-29 yaşlı uşaqlar və gənclərlə bağlıdır. "Bu, hərəkətin mobilliyi üzündən verdiyimiz çox böyük itkidir. Fəaliyyətsizliyin bəraəti yoxdur. Söhbət yoxlanılmış həll yolu olan problemdən gedir” deyə DST-nin baş direktoru Tedros Adxan Gebreyesus vurğulamışdır.

Eyni zamanda DST qeyd edir ki, əhalinin qlobal artım tempi və davam edən avtomobilləşmə nəzərə alınsa, ümumilikdə yol-nəqliyyat hadisələrində ölüm hallarının sayının müəyyən qədər sabitləşməsindən danışmaq olar.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

18 2019 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə