Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli professor rezidentlər üçün növbəti mühazirə deyib

Türkiyəli professor rezidentlər üçün növbəti mühazirə deyib

Aprelin 17-də Türkiyənin Qazi Universiteti Tibb fakültəsinin cərrahi kafedrasının professoru dr. Mustafa Kerem ATU-nun rezidentləri üçün növbəti dəfə “Kəskin pankreatit”-- mədəaltı vəzin iltihabı xəstəliyi mövzusunda mühazirə ilə çıxış edib.

Seminar haqqında qəzetimizə məlumat verən ATU-nun Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, I cərrahi xəstəliklər kafedrasının assistenti  Azər Hümmətov bildirib ki professor dr.Mustafa Keremin təşəbbüsü ilə hər həftənin III günləri ATU-nun rezidentləri üçün cərrahiyyə ixtisası üzrə elmi- praktik seminar keçirilir. Seminarın mövzusu öncədən rezidentlər və onların rəhbərləri arasında paylanılır. Sayca üçüncü olan bu seminarın mövzusu “Kəskin pankreatit”dir. Onun sözlərinə görə bugünki seminarda kəskin pankreatitin müalicə və müayinəsində müasir yanaşma metodlarından bəhs edilir. Yəni son zamanlar cərrahi xəstəliklərdə ən çox rast gəlinən kəskin pankreatitin müalicəsində cərrahi müdaxilə deyil, gözləmə taktikasına, konservativ müalicəyə üstünlük verilir.

Professor dr. Mustafa Kerem də çıxışında əsasən son metodlara uyğun müalicənin daha səmərəli aparılması yollarından danışıb. Məruzəçi bu sahə üzrə inkişaf edən ölkələrdə tətbiq olunan ən yeni üsulların seçildiyini qeyd edib və bu barədə rezidentlərə ətraflı məlumat verib. 

Məlumat üçün bildirək ki, türkiyəli professor Mustafa Kerem ATU-nun Tədis Cərrahiyyə Klinikasında 1 il müddətinə transplantologiya şöbəsində təmsil olunacaq. O, əsasən qaraciyər cərrahiyyəsi üzrə klinikada həyata keçirilən əməliyyatlarda iştirak edəcək. Anlaşmaya görə professor dr. M.Kerem bir il müddətində universitetimizilə əməkdaşlıq çərçivəsində elmi tədqiqat işləri aparmaq, ATU- nun rezident və tələbələri üçün mütamadi olaraq seminarlar təşkil etmək və təlimlər keçirmək niyyətindədir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə