Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmar Məmmədyarov Polşa rəsmisi ilə limanlararası əməkdaşlıqdan danışıb

Elmar Məmmədyarov Polşa rəsmisi ilə limanlararası əməkdaşlıqdan danışıb

Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrobarçikla görüşüb. Görüş XİN rəhbərinin  Polşa Respublikasına rəsmi səfəri çərçivəsində baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazir Marek Qrobarçik Polşa Limanlarının fəaliyyəti haqqında ətraflı məlumat verərək, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə böyük potensialın mövcudluğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Polşa arasında limanlararası əməkdaşlığın vacibliyini qeyd edərək, Bakı Beynəlxalq Dəniz ticarəti Limanı və limanın tikintisinin hər üç mərhələləri haqqında dolğun məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Nazir Bakı Beynəlxalq dəniz Ticarəti Limanı ilə Qdansk dəniz Limanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun artıq razılaşdırıldığını qeyd edib.

Daha sonra M.Qrobarçik Azərbaycanla gəmiqayırma sahəsində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında texnologiya sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazir M.Qrobarçik ölkəsinin dəniz məhsullarının istehsalı ilə bağlı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında tranzit və inter modal daşımaçılıq məsələləri haqqında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov M.Qrobarçiki Azərbaycana səfər etməyə dəvət edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə