Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsəri Özbək dilinə tərcümə edilib

Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsəri Özbək dilinə tərcümə edilib

Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsəri Özbək dilinə tərcümə edilib 2019-cu il "Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qardaş ölkədə "Məndə sığar iki cahan” adlı poeziya  müsabiqəsinə start verib.

Layihə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, tərcümə əsərləri, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlərin Müsabiqəyə təqdim olunması nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə müsabiqəyə maraq daha böyük olmuş, hər iki ölkədən müsabiqəyə çoxsaylı əsərlər təqdim olunur.

Qeyd edək ki, müsabiqə nəticəsində toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında Özbəkistanda yayımlanması nəzərdə tutulmuş və müsabiqənin qaliblər. Azərbaycan Mədəniyyət Mərkəzinin diplomları, pul mükafatları ilə təltif olunması planlaşdırılır.

Özbəkistanın xalq şairi Camal Kamal Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dahi söz ustadı İmadəddin Nəsimiyə həsr etdiyi "Fəryad” əsərini Özbək dilinə tərcümə etmiş və Müsabiqəyə təqdim etmişdir.

Nəsimiyə həsr olunmuş "Fəryad" pyesində hadisələr xalqımızın XIV əsrdə yaşamış böyük mütəfəkkir, üsyankar şairi İmadəddin Nəsimi ətrafında cərəyan edir. Nəsimini dövrün qüdrətli bir şəxsiyyəti, mahir söz ustası kimi zəmanəsini çəkinmədən qamçılayan, tənqid edən xalqın qəhrəmanlıq simasını özündə əks etdirən mütəfəkkir şair olaraq təcəssüm etdirilir. Əsərdə iki cəbhə - xeyir və şər qarşı-qarşıya qoyulur, hər iki tərəfin mübarizəsi hadisələrin gedişatında böyük bir olaya çevrilir. Sənətkarlıq baxımından Bəxtiyar Vahabzadə Nəsimi üsyankarlığını yaratdığı obrazların dili ilə əsərin fəryadına çevirir.

Əsərə Özbəkistanda da böyük maraq olduğunu qeyd edən ölkənin xalq şairi Camal Kamal etdiyi bu tərcümə əsərinin Azərbaycanda elan olunmuş "Nəsimi ili”nə töhvə olaraq ərsəyə gətirdiyini və onun elan olunmuş müsabiqə çərçivəsində Daşkənddə nəşr ediləcəyini qeyd edib. Şair Camal Kamal  "Fəryad” pyesinin kitab halında nəşrinin gələcəkdə Özbəkistanın teatr müəssisələrində pyesin səhnəyə qoyulmasına imkan verəcəyini qeyd edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2019 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə