Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin turizm potensialı beynəlxalq sərgidə tanıdılır

Ölkəmizin turizm potensialı beynəlxalq sərgidə tanıdılır

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti  Almatıda keçirilən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” sərgisində iştirak edir. Bu barədə Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aprelin 17-dən 19-a qədər davam edəcək sərgidə  ölkəmizdən 11 turizm şirkəti təmsil olunur.

Sərgi çərçivəsində təşkil olunacaq konfrans və dəyirmi masalarda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak edəcəklər.

Yeni turizm brendinə uyğun dizayn edilmiş stendimizdə video çarxlar nümayiş etdirilir, turizm potensialınının təbliğinə dair çap materialları paylanılır.

Ənənəvi olaraq hər il təşkil olunan “KİTF” sərgisi 2000-ci ildən etibarən keçirilərək Mərkəzi Asiyanın turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayaraq ünsiyyətin qurulması və B2B formatlı görüşlərin keçirilməsində xüsusi əhəmiyyətli platforma rolunu oynayır.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə