Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vaqon-məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər

Bərdə rayonunda vaqon-məktəbin şagirdləri sentyabrın 17-dən yeni binada dərsə gedəcəklər. Bu barədə rayon Təhsil Şöbəsinin rəhbərliyindən bildirilib. Belə ki, məktəbin ərazisinə yaxın 7 otaqdan ibarət şəxsi bina heç bir təmənna olmadan onlara təklif olunub.

Qeyd olunub ki, həmin bina tədrisə yararlı olduğundan 122 nömrəli köçkün tam orta məktəbin 2018/2019-cu tədris ilində orada fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, rayonun 122 nömrəli köçkün tam orta məktəbi 1994-cü ildən Bərdə rayon Dəmiryol vağzalında 5 dəmir vaqonlarda fəaliyyət göstərir. 2017/2018-ci tədris ilində məktəbdə 94 nəfər şagird təhsilə cəlb edilib. Bu şagirdlərdən 90 nəfəri məcburi köçkün ailələrindən olan uşaqlardır. Şagirdlərin təlim tərbiyəsi ilə 22 nəfər müəllim məşğul olur. Məktəbdə 10 nəfər texniki işçi çalışır.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

31 2018 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə