Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gülnar Səmanın “Sözümüz sözdür” kitabı nəşr edilib

Gülnar Səmanın “Sözümüz sözdür” kitabı nəşr edilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, istedadlı yazar  Gülnar Səmanın “Sözümüz sözdür” kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilmiş kitabın elmi redaktoru  filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Kitabda  Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Tahir Talıblı, Rəşad Məcid, İbrahim İlyaslı, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş və s. müəlliflərin kitabları haqqında məqalələrlə yanaşı, M.Müşfiq, N.Həsənzadə, F.Qoca, Z.Yaqub, M.Aslan, Y.Nəğməkar, M.İlqar, E.Zal, E.İsgəndərzadə, K.Qədim, B.Vüsal, M.Ələkbərli, B.Sadiq, Ə.Xələfli kimi şairlərin poemaları haqqında məqalələr toplanıb.

Gənc yazarlardan  Pərvinin, Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, “Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz Hacxalılın, Şəfa Vəlinin, Şahanə Müşfiqin kitablarına həsr edilmiş məqalələrin yer aldığı toplu “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabda həmçinin H.Cavid, A.Əmrahoğlu, Ə.İslam, F.Mehdiyeva, M.İsmayıl, V.Yusiflı, İ.Cavadoğlu, V.Məmmədli kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələr də əks olunub.

Kitabın üz qabığının fotoqrafı Nofəl Ümiddir.

Qeyd edək ki,  gənc yazarın sözügedən kitabının   təqdimat mərasimi və imza günü aprelin 22-i  saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Nətavən Klubunda keçiriləcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə