Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərman və sərəncamların icrasına başlanıldı

Fərman və sərəncamların icrasına başlanıldı

"Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmanda isə müharibə veteranlarına Prezidentin aylıq 80 manat məbləğində təqaüdünün  təsis olunması tapşırılır. Fərmanda qeyd olunur ki, bu təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

Prezident cənab İlham Əliyevin aprelin 15-də imzaladığı daha bir sənədlə - “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncamla isə həmin kateqoriyalardan olan vətəndaşlara Prezidentin aylıq təqaüdünün məbləği 150 manata çatdırılır.

Beləliklə, imzalanan sərəncam və fərmanlar 600 minədək şəxsin (o cümlədən 300 min əlilliyi olan şəxsin) sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur. Qeyd olunan məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla,  sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsait 2 dəfə artırılacaq.

Bütün bu addımlar Prezident cənab İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 11:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə