Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib

Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun iclası keçirilib

Aprelin 16-17-də Nur-Sultan şəhərində Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası keçirilib. 

İclası Qazaxıstanın xarici işlər naziri Beybit Atamkulov açıb. O vurğulayıb ki, Yüksək Səviyyəli İşçi Qrupun qarşısında duran vəzifələr böyük əhəmiyyət daşıyır, əməkdaşlıq məsələlərinin geniş spektri və Xəzərdə fəaliyyətin həyata keçirilməsi üzrə tərəflər arasında nəzərdən keçirilən beştərəfli sazişlərin layihələri üzərində işlərin daha fəal aparılması zəruridir. 2019-cu ildə Türkmənistanda birinci Xəzər İqtisadi Forumunun keçirilməsinin əhəmiyyəti də qeyd olunub.  
Danışıqlarda Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının, həmçinin İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın nümayəndə heyətləri iştirak edib. 
Tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi metodikası haqqında Sazişin layihəsi ətrafında müzakirələri davam etdirib və onun bir neçə müddəalarını razılaşdırıblar. Bu sənədin müzakirəsi növbəti iclasda davam etdiriləcək.   
İclas çərçivəsində tərəflər Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin icmalını nəzərdən keçiriblər və beşinci Xəzər Sammitinin yekunlarına dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.  
Nümayəndə heyətləri aparılan danışıqların nəticələrini müsbət qiymətləndiriblər və görüşün yüksək səviyyədə təşkilinə görə Qazaxıstan tərəfinə təşəkkür ediblər.
Xəzər dənizi məsələlərinə dair Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin iyulunda İranda keçiriləcək.

 

 

18 2019 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə