Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda bərk məişət tullantıları tam nəzarətə götürülür

Bakıda bərk məişət tullantıları tam nəzarətə götürülür

Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə paytaxtııza gəlmişlər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülmüşdür.

“Mott MacDonald” şirkətinin rəhbərlərinin  bildirdiyinə görə, Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniyanın “Mott MacDonald” şirkətinə müraciət olunmuş və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlamışlar.

Bakı ŞİH-nin mətbuat xidmətindən aldığımız məlimatda deyilir ki, konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılmışdır. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində Böyük Britaniya Mott MacDonald şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbəri cənab Martin Saymon ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat vermiş və jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Martin Saymon bildirmişdir ki, şirkət tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq vermişdir. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tədbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradacaqdır. Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaqdır. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib.

İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhər kənarı əraziləri də əhatə edir. Buna görə də, Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaqdır.

 

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

17 2019 17:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə