Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustanın 16 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

Qobustanın 16 yaşayış məntəqəsində əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən respublikamızın bütün bölgələrində, o cümlədən Qobustan rayonunda vətəndaşların kütləvi tibbi müayinəsi davam edir və artıq 19 yaşayış məntəqəsindən 16-da bu kampaniya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından bildirilib ki, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanan bu kampaniya qabaqcadan tərtib edilən qrafik əsasında mərkəzi xəstəxanada, Təklə və Sündü kənd sahə xəstəxanalarında, habelə 10 kənd həkim məntəqəsində aparılır. İxtisaslı həkimlərdən təşkil olunan iki səyyar briqada ahıl və gəlmək imkanı olmayan xəstə insanlara evlərində xidmət göstərir.

Artıq indiyədək rayon üzrə 30872 nəfərdən 16119 nəfəri tibbi müayinədən keçib. Onlardan 1845-i ambulator müalicəyə cəlb edilib. 364 nəfər Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

17 2019 17:23 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə