Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aydın Mirzəzadə: Şübhə yoxdur ki, Qazaxıstanda prezident seçkiləri demokratik keçiriləcək

Aydın Mirzəzadə: Şübhə yoxdur ki, Qazaxıstanda prezident seçkiləri demokratik keçiriləcək

Azərbaycan Qazaxıstanda baş verən hadisələri həmişə diqqətlə izləyir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə "Kazinform" agentliyinə müsahibəsində deyib.

A.Mirzəzadə əmin olduğunu bildirib ki, Qazaxıstanda növbədənkənar seçkilər Nursultan Nazarbayevin mütərəqqi kursunun davam etdirilməsi məqsədilə yeni dövlət başçısını seçməyə imkan verəcək: "Şübhə yoxdur ki, seçkilər demokratik, qanuna və hüquq normalarına uyğun şəkildə keçiriləcək. Qazaxıstan bu seçkilərlə müasir tarixinin yeni səhifəsini açacaq. Qazaxıstana bu seçkiləri ən yüksək səviyyədə keçirməyi, dünyaya öz demokratik dəyərlərini göstərməyi arzulayırıq".

Deputat vurğulayıb ki, Qazaxıstan Azərbaycanın böyük dostudur: "Ölkə müstəqillik əldə etdikdən sonra regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunması baxımından çox işlər görüb. Atılmış addımlar güclü, müstəqil və demokratik dövlət qurmaq imkanı verib".

O əlavə edib ki, Azərbaycanın deputat korpusu Qazaxıstanda növbədənkənar seçkilərin elan olunmasına hörmət və anlayışla yanaşır: "Bu, ölkənin Konstitusiyasında yer alan daxili siyasi prosesdir. Biz bu prosesi izləyəcəyik və heç bir şübhə yoxdur ki, seçkilər qanun çərçivəsində, demokratik ab-havada keçiriləcək və xalq öz layiqli övladını seçəcək".

17 2019 16:41 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə