Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib

“Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol” adlı təntənəli yolasalma mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mərasim ulu öndər Heydər Əliyevin və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin ifası və Dövlət Bayrağının meydana gətirilməsi ilə başladı.

Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına silahların, zirehli jiletlərin və dəbilqələrin rəmzi qaydada təqdimetmə mərasimi keçirildi.

Tədbirdə hərbi hissənin komandanlığı tərəfindən ehtiyata buraxılan şəxsi heyətə təbriklər çatdırılıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verilib və onlara gələcək xidmətlərində uğurlar, qələbə sevinci arzulanıb.

Yolasalma mərasimi xidmətdə fərqlənmiş və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etmiş hərbi qulluqçuların komandanlığın əmri ilə mükafatlandırılması və onlara qiymətli hədiyyələrin təqdim edilməsi ilə sona çatıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

17 2019 16:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 Oktyabr 2019 | 11:18
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə