Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin əmək bazarına çıxışı

Gənclərin əmək bazarına çıxışı

Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən VI təlim kursu “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunub.

Qeyd edək ki, keçirilən belə təlim kursları Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin artırılmasına, onların bu sahədə dünyada olan qabaqcıl təcrübələri öyrənmələrinə dəyərli bir töhfədir.

Dörd gün davam edəcək təlim kursunun gündəliyinə “BƏT-in Qlobal komissiyasının əməyin gələcəyi üzrə hesabatına ümumi baxış: “Parlaq gələcək üçün əmək” (R.Pizarro), “Məşğulluq Xidməti orqanlarının nailiyyətləri və boşluqlara ümumi baxış. Azərbaycan təcrübəsi” (Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov), “Peşəyönümü” (BƏT-in eksperti Yuri Qertsiy),  “Stabil iş yerinə keçid: Gənclərin işə qəbulu və əmək haqqı subsudiyaları üçün təşviq” (BƏT-in eksperti Yens Sibbersen), “Təhlükəsiz və sağlam iş təcrübələrinə keçid-gənclərin qarşılaşdığı məşğulluq riskləri” (BƏT-in eksperti Benqt Lyngbek), “Məktəbdən işə keçid: işə əsaslanan öyrənmə imkanlarının artırılması” (BƏT-in ekspertləri Raul Komin və Yuriy Qertsiy) və digər mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

17 2019 15:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə