Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 161 Bakı şəhəri, 11 aprel 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli 50 nömrəli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2005-ci il 18 iyun tarixli 106 nömrəli, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2005-ci il 14 dekabr tarixli 229 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” 2006-cı il 8 may tarixli 120 nömrəli, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2006-cı il 17 iyun tarixli 149 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2008-ci il 30 aprel tarixli 105 nömrəli, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2009-cu il 6 may tarixli 77 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 744 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, 
№ 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, 
№ 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, 
№ 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, 
№ 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7 (II kitab), maddə 1664, № 9, maddə 1941) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“7.8. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Direktorlar Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Direktorlar Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1003; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761; 2015, № 12, maddə 1594; 2016, № 3, maddə 613, № 6, maddə 1227, № 8, maddə 1449) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 11.6-cı bənd əlavə edilsin:
“11.6. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin rəhbəri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1229; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2013, № 6, maddə 762; 2014, № 1, maddə 69; 2015, № 12, maddə 1593; 2016, № 6, maddə 1222; 2017, № 8, maddə 1608, № 9, maddə 1747) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:
“6.5. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı Müşahidə Şurasına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, Müşahidə Şurasının qərarı əsasında həyata keçirilə bilər.”.
4. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 464; 2007, № 8, maddə 852, № 12, maddə 1336; 2008, № 1, maddə 39; 2014, 
№ 7, maddə 935; 2015, № 1, maddə 63, № 5, maddə 670; 2018, № 4, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:
4.1. həmin Qərarla təsdiq edilmiş “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın 2.13.2-ci yarımbəndinə “ləğvetmə komissiyasına” sözlərindən sonra “(təsviyəçiyə, ləğvediciyə)” sözləri əlavə edilsin;
4.2. həmin Qərarla təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in “Qeydlər”inin 2-ci hissəsinə “ləğvetmə komissiyası” sözlərindən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566, 
№ 11, maddə 1039; 2013, № 6, maddələr 741, 763; 2016, № 3, maddə 577, № 9, maddə 1580; 2017, № 2, maddə 322; 2018, № 2, maddə 346) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 6.4-2-ci bənd əlavə edilsin:
“6.4-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, 
№ 12, maddə 2235; 2017, № 3, maddə 481, № 7, maddə 1504) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 5.4-2-ci bənd əlavə edilsin:
“5.4-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 385; 2014, № 6, maddə 732; 2016, № 3, maddə 579) ilə təsdiq edilmiş “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 10.4-2-ci bənd əlavə edilsin:
“10.4-2. İdarə Heyətinin üzvlərinin şəxsi marağı ilə Cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda İdarə Heyətinin sədri və ya digər üzvü bu barədə məlumatı səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidir. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, səhmdarların ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər.”.
 
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə